02:31
(077) 610-22-33

Araq bilib oğurladılar, su çıxdı - Bakıda qəribə hadisə - Video

  • >
1 789 5 Oktyabr 2017 22:25 | Cəmiyyət

Gecə Bakıda kafedən oğurluq olub. Bahalı içkiləri oğurlayan şəxslər maraqlı hadisə ilə üzləşiblər. Həmin içkilərin içəndə butulkalarda spirt yox, su olduğunu görüblər.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, oğurluq hadisəsi paytaxtın Xətai rayonu, Zığ yolu küçəsi 32 ünvanındakı kafelərdən birində baş verib.

Kafenin sahibi Ərəstun Bayramovun sözlərinə görə, 36-cı polis bölməsinin əməkdaşları xidmətdə olarkən kafenin qapısının açıq olduğunu görüblər və onlara məlumat veriblər.

Ərəstun Bayramovun sözlərinə görə, bir müddət əvvəl həmin kafedən oğurluq olub. Kafedən bahalı içkilər və digər avadanlıqlar oğurlandığı üçün onlar da təhlükəsizlik baxımından içkiləri gecə vaxtı otaqda gizlədib, bahalı içki şüşələrinə su doludurub, vitrinə qoyublar. Elə onların qorxduqları da başlarına gəlib.

Bölmə əməkdaşları gecə ilə ərazidə əməliyyat-axtarış tədbirlərinə başlayıblar. 36-cı polis bölməsindən aldığımız məlumata görə, hadisə ilə bağlı şübhəli kimi 3 nəfər saxlanılıb. Araşdırma aparıldığı üçün polis hələlik onların adını açıqlamır.

Bağla X