Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun səhhəti ağırlaşıb. Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun səhhəti ağırlaşıb.

Rafiq Hüseynov Almaniyaya aparılır - Mehriban Əliyevanın dəstəyi ilə

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun səhhəti ağırlaşıb.

Bu barədə AzNews.az-a Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, Rafiq Hüseynov gələn həftə Almaniyaya aparılacaq:

“Rafiq Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiyasındadır. Səhhəti də çox ağırdır. Biz gələn həftə onu Almaniyanın Düsseldorf şəhərində klinikalardan birinə aparacağıq”.

Səbinə Hüseynova qeyd edib ki, Rafiq Hüseynovun bu müalicəsi Birinci vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə rellaşacaq.

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir. O, Türkiyədə və Azərbaycanda bir neçə dəfə əməliyyat olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az