Gürcüstanın Marneuli rayonunda ötən gecə silahlı insident nəticəsində yaralanmış şəxslərin ikisi xəstəxanadan evə buraxılıb. Gürcüstanın Marneuli rayonunda ötən gecə silahlı insident nəticəsində yaralanmış şəxslərin ikisi xəstəxanadan evə buraxılıb.

Gürcüstanda silahlı insident zamanı yaralanan azərbaycanlılardan biri süni tənəffüs aparatına qoşulub

Gürcüstanın Marneuli rayonunda ötən gecə silahlı insident nəticəsində yaralanmış şəxslərin ikisi xəstəxanadan evə buraxılıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, “Gürcü Arzusu” partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarovun vəziyyəti isə ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub.

Xəsarət almış digər şəxslərin vəziyyəti isə stabildir.

Xəstəxanada keçirilmiş konsilium pasientlərin digər klinikaya köçürülməsinə ehtiyacın olmaması barədə qərar qəbul edib.

Xatırladaq ki, dünən naməlum şəxslər hakim “Gürcü Arzusu” partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizədi Ceyhun Çovdarov və onu müşayiət edən 4 nəfərə atəş açıblar. Onların hamısı güllə yarası alıb. Hadisə “Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında baş verib. Gürcüstan DİN faktla bağlı istintaq aparır.