02:37
(077) 610-22-33

Kəmaləddin Heydərov Sloveniyanın baş naziri ilə görüşdü

  • >
325 26 Fevral 2013 11:45 | Cəmiyyət

Sloveniyada səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu ölkənin baş naziri Yanez Yanşa ilə görüşüb.

APA-nın Sloveniya baş nazirinin mətbuat xidmətinə istinadən xəbərinə görə, görüş zamanı iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycan-Sloveniya münasibətlərinin hüquqi-normativ bazasının möhkəmlənməsini iqtisadi-siyasi əlaqələrin gələcək inkişafı baxımından müsbət qiymətləndiriblər.

Y.Yanşa Azərbaycan-Sloveniya Hökumətlərarası Komissiyasının yaradılmasını alqışladığını bildirib. Komissiyanın ilk iclası bu ilin payızında Sloveniyada keçiriləcək.

İki ölkə arasında gələcək əməkdaşlıq sahələrindən danışan K.Heydərov turizm və aqrar yeyinti sahələrini xatırladıb. Öz növbəsində Sloveniyanın baş naziri Azərbaycanın sürətli iqtisadi inkişafından məmnun olduqlarını və azərbaycanlı investorlarla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

AzNews.az
Bağla X