17:04
(077) 610-22-33

Bakının mərkəzində su qıtlığı

  • >
429 27 Fevral 2013 17:28 | Cəmiyyət

“Montin”ə 3 gündür niyə su verilmir?



Paytaxtın Nərimanov rayonunun "Montin" qəsəbəsinin sakinlərinə artıq 3 gündür ki, içməli su verilmir. Sakinlərin AzNews.az-a verdiyi məlumata görə, suyun kəsiləcəyi barədə əvvəlcədən onlara heç bir xəbərdarlıq edilməyib. Buna görə də sakinlər su təminatı baxımından çətinliklə üzləşiblər.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qəsəbəyə suyun verilməməsini Ağa Nemətulla küçəsindən keçən magistral su xəttində baş verən qəza ilə əlaqələndirib. Qurum rəsmisinin sözlərinə görə, planlaşdırılan hər hansı yenidənqurma və ya təmir işləri ilə əlaqədar su verilişində fasilələr yaranacağı təqdirdə sakinlərə əvvəlcədən xəbərdarlıq edilir.

Lakin qəza olduğundan indiki halda sakinlərin əvvəlcədən məlumatlandırılması mümkün olmayıb: "Bu gün axşam ərazidə qəzanın nəticələri tamamilə aradan qaldırılacaq. Sabahdan etibarən isə əhaliyə suyun verilməsi bərpa ediləcək".

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X