"Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9-na qaraciyər köçürülüb". "Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9-na qaraciyər köçürülüb".

Meyit orqanlarının köçürülməsini nəzərdə tutan konsepsiya hazırlanır - Azərbaycanda

"Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9-na qaraciyər köçürülüb".

“Report” xəbər verir ki, bunu xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əməliyyat olunan xəstələrin 22 faizi uşaqlardır: "Onların ən kiçiyinin 5 yaşı var. Bu il əməliyyatdan sonra ölən xəstə olmayıb. Təəssüf ki, xəstələrin sayı artsa da, donorların sayı az və tərs mütənasibdir. Donor hovuzunun artırılma yollarından ən geniş yayılmış olanı meyit orqanlarından istifadədir".

M.Kazımi qeyd edib ki, donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyasını icra ediblər: "Yəni xəstələr öz aralarında qan qruplarına uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir. Bu il bir cütə belə əməliyyat icra olunub. Üç cüt də buna hazırlaşır və yəqin ki, gələn il də onlar əməliyyat olunacaq".

O əlavə edib ki, hazırda ehtiyacı olan xəstələrə dövlət tərəfindən meyit orqanlarının köçürülməsini nəzərdə tutan konsepsiya hazırlanır.

Şöbə müdiri bildirib ki, Gürcüstandan 9 xəstə, Rusiyadan isə 1 nəfər orqan köçürülməsi əməliyyatı keçirmək üçün Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.

AzNews.az