Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqanın məşhur Luçerna sarayında Bakıda 1990-cı ilin yanvar qətliamının 28-ci ildönümünə həsr olunan fotosərgi təşkil edilib. Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqanın məşhur Luçerna sarayında Bakıda 1990-cı ilin yanvar qətliamının 28-ci ildönümünə həsr olunan fotosərgi təşkil edilib.

20 Yanvar faciəsi Praqada da yad edildi - Foto

Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqanın məşhur Luçerna sarayında Bakıda 1990-cı ilin yanvar qətliamının 28-ci ildönümünə həsr olunan fotosərgi təşkil edilib.

Səfirlikdən verilən məlumata görə, sərgidə sovet qoşunlarının təkcə Azərbaycanda deyil, Gürcüstan və Litvada törətdikləri qırğınların da əks olunduğu fotolar nümayiş etdirilib.

Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək, 20 Yanvar hadisələri və Azərbaycan xalqının müstəqillik mübarizəsi haqqında məlumat verib. Həmçinin Gürcüstan və Litvanın Çexiyadakı səfirləri sözügedən hadisələrlə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Sərgidə fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış broşürlər, məlumat vərəqələri tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.

AzNews.az

image description