23:43
(077) 610-22-33

Gülər Əhmədova ev dustaqlığına çıxa bilərmi? – EKSPERT RƏYİ

  • >
377 4 Mart 2013 17:24 | Cəmiyyət

"Qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər.Məhkəmə tərəfindən tətbiq edilmiş qətimkan tədbirini yalnız məhkəmə özü dəyişdirə bilər.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 156.2-ci maddəsində göstərilir ki, ev dustaqlığı həbsin əvəzinə müdafiə tərəfin vəsadəti üzrə məhkəmə tərəfindən seçilə bilər. Bu zaman törədilmiş cinayətin ağırlığı, təqsirkarın şəxsiyyəti və səhhəti nəzərə alınır".

Bunu AzNews.az-a açıqlamasında hüquqşünas Namizəd Səfərov barəsində həbs qəti-imkan tədbiri seçilən keçmiş deputat Gülər Əhmədovanın ev dustaqlığına buraxılması ilə bağlı müraciət ediləcəyinə münasibət bildirərkən deyib.

N.Səfərov qeyd edib ki, şəxsin həbs yerində ağır xəstəliyə düçar olması, ağır xəstəlik tutması faktı mötəbər həkim komissiyasının rəyi ilə müəyyənləşdirilir: "Bəzən simulyasiya, yəni özünü xəstəliyı vurma işə yarayır. Ancaq Gülər Əhmədova ilə bağlı məsələ geniş ictimai rəy aldığından və diqqət mərkəzində olduğundan burada simulyasiya çətin ki, işə yarasın".

Hüquqşünas bildirib ki, bəzən şəxs həqiqətən ağır xəstəliyə düçar olur və bu halda onun həbs altında saxlanılması öz əhəmiyyətini itirir: "Təəssüf ki,bizdə həbs altında olan şəxs barəsində daha yüngül qətimkan tədbiri olduqca təsadüfi hallarda yüngülləşdirilir. Bəzən də bu məsələlərə ikili standartlarla yanaşılır. Mən ümumiyyətlə xüsusilə ağır cinayətlər törətməyən qadınlar barəsində həbs qətimkan tədbirinin tətbiqinin tərəfdarı deyiləm.".

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X