05:56
(077) 610-22-33

Əli Əhmədovun qardaşına cinayət işi açılıb

  • >
312 5 Mart 2013 10:26 | Cəmiyyət

YAP-ın icra katibi, millət vəkili Əli Əhmədovun qardaşı Iliç Əhmədov barəsində sensasiyalı xəbər yayılıb. Bu barədə "Bizim yol"a məlumat verən mənbənin sözlərinə görə, Iliç Əhmədov dələduzluqda ittiham olunur.

Belə ki, bir qrup vətəndaşla arasında pul qalmaqalı olan Iliç Əhmədovdan Nəsimi polisinə şikayət edilib. Polis təhqiqatından sonra vətəndaşların şikayətinə uyğun olaraq, dələduzluq maddəsi ilə cinayət işi açılıb. Ancaq cinayət işinin açılmasına baxmayaraq, istintaqa edilən təzyiqlər bu işin obyektiv aparılmasına maneə törədib. Nəticədə cinayət işinin istintaqını aparan Tofiq adlı müstəntiq raport yazaraq, bu işi aparmaqdan imtina edib.

Məsələ ilə bağlı DIN-in mətbuat xidməti ilə əlaqə saxlasaq da, dəqiq məlumatlarının olmadığını bildirdilər.

AzNews.az
Bağla X