Qubada bıçaqlanma olub. Qubada bıçaqlanma olub.

Quba sakinini bıçaqlayan şəxs tutuldu

Qubada bıçaqlanma olub.

DİN mətbuat xidmətinin Quba regional qrupundan AzNews.az-a verilən məlumata görə, fevralın 18-də Rayon Polis Şöbəsinə Quba şəhər sakini Orxan Süleymanovun qarın boşluğundan aldığı xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

O. Süleymanov dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Quba şəhər sakini Rəşad Hacıyev şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Quba RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.