Xətai rayonunda yerləşən 263 saylı orta məktəbin müəllimi 1-ci sinif şagirdinin zorlanması haqda yayılan xəbərlərlə bağlı açıqlama verib. Xətai rayonunda yerləşən 263 saylı orta məktəbin müəllimi 1-ci sinif şagirdinin zorlanması haqda yayılan xəbərlərlə bağlı açıqlama verib.

1-ci sinif şagirdinin zorlandığı deyilən məktəbdən açıqlama: “Onları güclə saxlayırıq”

Xətai rayonunda yerləşən 263 saylı orta məktəbin müəllimi 1-ci sinif şagirdinin zorlanması haqda yayılan xəbərlərlə bağlı açıqlama verib.

Məktəbin müəllimi AzNews.az-a açıqlamasında zorlanma hadisəsinin şayiə olduğunu bildirib:

“180 nəfərlik pedaqoji kollektivin nifuzu ilə oynayıblar. Böhtandır. Bu, tək bizim məktəbə deyil, bütün Azərbaycan xalqına atılmış ləkədir. Burada müəllimlər var ki, biz onları güclə saxlayırıq. Onlar həmin mediya orqanlarına getmək istəyirlər. Biz məktəb olaraq məsələni hüquq müstəvisində həll edəcəyik”.

Qeyd edək ki, Bakının Xətai rayonunda yerləşən 263 saylı orta məktəbdə azyaşlı şagirdin zorlandığı barədə mətbuatda xəbərlər yayılıb. “BiG.az” saytının məlumatına görə, 1-ci sinifdə oxuyan oğlan uşağı məktəbin tualetində 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.

Bahar RÜSTƏMLİ
AzNews.az