19:20
(077) 610-22-33

Baş nazir hesabat verir – Yenilənir

  • >
353 15 Mart 2013 11:24 | Cəmiyyət


Milli Məclisin bu dəqiqələrdə keçirilən plenar iclasında yol qəzasında həlak olmuş deputat Hikmət Atayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda ilk olaraq spiker Oqtay Əsədov çıxış edib. Spiker ölkənin ötən ilki inkişafından danışıb: "Azərbaycan iqtisadiyyatının inkişafı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Ötən il qeyri-neft sektoruna investisiyaların yatırılması, insan amili potensialından daha dolğun istifadə olunması inkişafın göstəriciləridir. Neftdən gələn gəlirlərin bir hissəsi beynəlxalq layihələrə ayrılmışdır. Misal kimi, Bakı-Tibilisi-Ceyhan neft kəmərini göstərə bilərəm. Layihələrə cəlb edilən şirkətlər 7 il müddətinə vergidən azad edilib".
Hazırda Milli Məclisdə baş nazir Artur Rəsizadənin hesabatı dinlənilir.

İlkin
AzNews.az

Bağla X