Bakıda işgüzar səfərdə olan Adnan Menderes Unversitetinin tibb fakültəsinin heyəti bu gün Bilik Fondu ilə görüş keçirib. Görüş hər iki ölkənin bu qurumları arasında qarşılıqlı əlaqələri daha da möhkəmləndirmək məqsədi daşıyır. Onlar həmçinin erkən yaşlardan ilkin tibbi yardım vərdişlərinə yiyələnməyin vacibliyindən, Türkiyənin hazırki tibb durumundan da geniş danışdılar. Bakıda işgüzar səfərdə olan Adnan Menderes Unversitetinin tibb fakültəsinin heyəti bu gün Bilik Fondu ilə görüş keçirib. Görüş hər iki ölkənin bu qurumları arasında qarşılıqlı əlaqələri daha da möhkəmləndirmək məqsədi daşıyır. Onlar həmçinin erkən yaşlardan ilkin tibbi yardım vərdişlərinə yiyələnməyin vacibliyindən, Türkiyənin hazırki tibb durumundan da geniş danışdılar.

Türkiyənin məşhur həkimləri Bakıya gəldilər - Bilik Fondunda görüş

Bakıda işgüzar səfərdə olan Adnan Menderes Unversitetinin tibb fakültəsinin heyəti bu gün Bilik Fondu ilə görüş keçirib. Görüş hər iki ölkənin bu qurumları arasında qarşılıqlı əlaqələri daha da möhkəmləndirmək məqsədi daşıyır. Onlar həmçinin erkən yaşlardan ilkin tibbi yardım vərdişlərinə yiyələnməyin vacibliyindən, Türkiyənin hazırki tibb durumundan da geniş danışdılar.

Adnan Menderes Univeristetinin tibb fakültəsinin dekanı, professor Serpil Demirağ AzNews.az-a açıqlamasında görüşün onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun verdiyi bilgilər bizim üçün olduqca dəyərlidir. Bu günki görüş haqda onu deyə bilərəm ki, qarşılıqlı məlumat ötürülməsi olsun, müzakirələr olsun mənə çox maraqlı oldu. Ümumiyyətlə bundan sonrakı zamanda olduqca yararlı bir iş birliyi quracağımıza inanıram.”

Serpil Dəmirağ həmçinin onu da vurğulayıb ki, avqustun 16-sı Azərbaycan Tibb Universitetində də əlaqəli şəxslərlə görüşəcəklər. Görüşün Adnan Menderes və Azərbaycan Tibb Unversitetinin tələbə mübadiləsinə böyük təsiri olacaq.

Görüşdə Türkiyənin Adnan Menderes xəstəxanasının müdiri Oktay Pahsa, Adnan Menderes Universitetinin Tibb fakültəsinin dekanı Serpil Demirağ və köməkçisi Bekir Dağlı iştirak edib.

Qeyd edək ki, Adnan Menderes Universitetinin rektoru Cavit Bircan da bu görüşdən məmnunluğunu bildirib və bu tipli görüşlərin tez-tez təkrarlanmasının vacibliyini vurğulayıb.

Səidə NURMƏMMƏDLİ
AzNews.az

image description