10:31
(077) 610-22-33

Təhsil sistemində yenilik

  • >
319 28 Mart 2013 11:40 | Cəmiyyət

Təhsil Nazirliyindən mətbuata verilən məlumata görə, Azərbaycan hökuməti və Dünya Bankının birgə icra etdiyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəsi çərçivəsində hazırlanacaq.

Azərbaycan hökuməti bu layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin burada təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub. Xidmətlərin məqsədi 11 illik ümumi təhsil sistemindən 12 illik ümumi təhsil sisteminə keçidlə bağlı məsələlər, çətinliklər və imkanların dəqiq təhlilini Təhsil Nazirliyi üçün təmin etməkdir.

Aparılmış tədqiqat və onun nəticələri əsasında gələcək fəaliyyət üçün tövsiyələr veriləcək. Xidmətlərin icra müddəti 12 aydır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatların seçimi Dünya Bankının "Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları"nda əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır.

AzNews.az
Bağla X