00:32
(077) 610-22-33

“Facebooka nəzarət olunmalıdır” - TƏLƏB

  • >
281 28 Mart 2013 12:43 | Cəmiyyət

Siyavuş Novruzov hesab edir ki, bunun üçün ayrıca qanunun qəbuluna ehtiyac yaranıb


"Azərbaycanda internet və internetdən istifadə azaddır. İstər facebook, istərsə də digər sosial şəbəkələrdə biz bunun şahidi oluruq. Lakin bəzi hallarda bu azdlıqdan sui-istifadə hallarına da rast gəlinir və sosial şəbəkələrdə insanların şəxsiyyətini təhqir edənlər də tapılır".

Bu fikirləri AzNews.az-a hakim Yeni Azərbaycan Partıyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov son günlər Facebook-a nəzarətin lazımlılığı haqda səsləndirilən fikirləri şərh edərkən deyib. Deputat hesab edir ki, facebook yazışmalarında bir çox hallarda təhqirlərə yer verildiyindən sosial şəbəkələrə nəzarət vacibdir:

"Hesab eirəm ki, bu məsələlərə nəzarət olunmalıdır. Söhbət kimin hansı fikri yazmağından, kimin fikrini necə ifadə etməsindən getmir. Söhbət ondan gedir ki, insanların şərəf və ləyaqətini aşağılayan, onlara etikadan kənar sözlər yazan insanlar bir məsuliyyət hiss etməlidir. Bəzən görürsən ki, kimlərsə başqa-başqa adlar altında müxtəlif səhifələrdən istifadə edirlər. Ona görə də hesab edirəm ki, sosial şəbəkələrə nəzarət olunmalıdır".

Dünyanın inkişaf etmiş ölkələrində belə bir təcrübənin olduğunu deyən S.Novruzov hesab edir ki, bununla bağlı Azərbaycanda qanun qəbul olunmalı və qanunvericiliyə uyğun olaraq addım atılmalıdır:

"Düşünürəm ki, bu nəzarətin həyata keçirmək üçün yeni qanun olmalıdır və qanunvericiliyə uyğun olaraq da hansısa sosial şəbəkələrdəki yazışmalarında etik çərçivədən kənar ifadə işlədənlər cəzalandırılmalıdır".

"Bəs bütün bunlar demokratiyanın tələblərinə zidd deyilmi?"-sualına cavab olaraq isə deputat deyib ki, demokratiyanın prinsipləri anarxiya deyil, qanunun aliliyidir:
"Qanunun aliliyinə də hamı hörmətlə yanaşmalıdır. Eyni zamanda da digərlərinin şərəf və ləyaqətinə hörmətsizlik edilməməlidir".

Gültəkin
AzNews.az



Bağla X