“Çox pis vəziyyətdəyik. Oğlunu itirən ata necə olmalıdırsa, eləyəm”. “Çox pis vəziyyətdəyik. Oğlunu itirən ata necə olmalıdırsa, eləyəm”.

“Oğlumun cənazəsini gözləyirik” - İlyas İsmayılov

“Çox pis vəziyyətdəyik. Oğlunu itirən ata necə olmalıdırsa, eləyəm”.

Bunu AzNews.az-a açıqlamasında Türkiyədə qətlə yetirilən Etimad İsmayılovun atası, Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.

O, hazırda cənazənin Bakıya gətirilməsi ilə məşğul olduğunu bildirib: “Cənazənin Bakıya gəlməsi üçün nəzərdə tutulan proseslər tamamlanmalıdır. Biz hazırda gözləyirik, amma cənazənin bu gün Bakıya gətirilməsinə inanmıram”.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülüb. Başından 2, ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.Mərhumu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Bahar RÜSTƏMLİ
AzNews.az