Azərbaycanın tanınmış klarnet ifaçılarının qeyri-rəsmi yığıncağı keçirilib. Azərbaycanın tanınmış klarnet ifaçılarının qeyri-rəsmi yığıncağı keçirilib.

Klarnet ifaçılarının "qurultay"ı: - O restoranı hədəfə aldılar

Azərbaycanın tanınmış klarnet ifaçılarının qeyri-rəsmi yığıncağı keçirilib.

Gənc ifaçılar - Kamil Rəhimov, Pərviz Fərhadov və Səmral Rüstəmovun təşəbbüsüylə keçirilən yığıncaqda bir sıra təcrübəli, məşhur musiqiçilər də iştirak ediblər. Heç bir klarnet ifaçısının əlli manatdan aşağı toya getməməsiylə bağlı qərar qəbul edilib.

K.Rəhimov təşəbbüskarı olduğu toplantının nəticələri barədə bunları deyib:

"Təsəvvür edin ki, bir qutu siqaretə toya gedən klarnet ifaçıları var. Axı bu sənətə hörmətsizlikdir. "Təbrik" restoranı var, musiqiçilərə 7-8 manat maaş verir. Axı musiqini və musiqiçini bu dərəcədə aşağılamaq olmaz". (ölkə.az)

AzNews.az