Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 25-dən 27-dək Bakıda “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi keçiriləcək. Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 25-dən 27-dək Bakıda “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi keçiriləcək.

“ADEX-2018” sabah başlayır - Bakıda

Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 25-dən 27-dək Bakıda “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi keçiriləcək.

AzNews.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə inkişaf etmiş ölkələrdən 200-dən çox şirkətin iştirakı nəzərdə tutulur. Azərbaycan, Türkiyə, Fransa, Rusiya, İsrail, Belarus, Pakistan, Serbiya, Ukrayna və digər ölkələr bu sərgidə milli qruplarla çıxış edəcək. İştirakçı ölkələr arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland və digər dövlətlərin müdafiə sənayesi sektorunu təmsil edən aparıcı şirkətlər də yer alacaq. Sərgi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançanı əhatə edəcək.

Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək sərgiyə Müdafiə Nazirliyi dəstək verir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (CEO) şirkəti iştirak edir.

Qeyd edək ki, regionda ilk dəfə 2014-cü ildə “ADEX” adı altında Azərbaycanda keçirilmiş və iki ildən bir təkrarlanan bu sərgi, silah və hərbi texnikanın nümayişi üçün təşkil olunan ən genişmiqyaslı tədbirlərdəndir. Tədbir üçüncü dəfə təşkil olunur.

AzNews.az