Sentyabrın 26-da İcbari Tibbi Sığorta Agentliyi tərəfindən “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirilib. Sentyabrın 26-da İcbari Tibbi Sığorta Agentliyi tərəfindən “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirilib.

Məlumatlılığın artırılmasına dair təlim keçirilib - İcbari tibbi sığorta sahəsində

Sentyabrın 26-da İcbari Tibbi Sığorta Agentliyi tərəfindən “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirilib.

AzNews.az xəbər verir ki, təlimin açılışını monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Azar Nəsirov edib. O, çıxışı zamanı əhalinin sağlamlığının qorunmasında icbari sığortanın rolundan danışıb. Daha sonra təlimi tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov davam edib. O, da media nümayəndələrinə icbari tibbi sığorta sistemi və təminatları barədə məlumat verib.

Təlimdə Yevlax rayon Mərkəzi Xəstəxanası, həkim oftomoloq Güləndam İsgəndərova, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, həkim nefroloq Allahverdi Alıyev, Səhiyyə işinin təşkili departamenti, Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova, Səhiyyə işinin təşkili departamenti, Tibb müəssisələri və regionlarla iş şöbəsinin müdiri Sadiq Mədətov, Hüquq departamentinin rəhbəri Aysel İbayeva, Avropa İttifaqının “Azərbaycan İTS sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin rezident tvinninq müşaviri Qediminas Çerniauskas və Marketing və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova da çıxış ediblər.

Təlimin sonunda KİV nümayəndələrinə sertifikatlar təqdim olunub.

Nigar CƏFƏR
AzNews.az