06:32
(077) 610-22-33

Milyardlıq yolda “bespredel”: betonu asfaltla əvəzləyirlər - FOTO

  • >
454 1 May 2013 10:06 | Cəmiyyət

Cavid Qurbanovun daha bir “yol əhvalati” - Yeyinti


Dövlət büdcəsinə bir milyard dollara yaxın vəsait hesabına başa gələn Bakı-Quba-Rostov avtomobil yolu artıq baxımsızlıq ucbatından dağılmaq üzrədir.

AZNEWS.AZ-a daxil olan məlumata görə, beynəlxalq əhəmiyyətli, magistral, beton örtüklü yol son yağışlardan sonra əksər hissələri demək olar ki, yararsız hala düşüb. Artıq beton piltələrdə yaranmış iri çatlar və çökmələr hər 100 metrdən bir gözə dəyir. Bununla bağlı ən dözülməz vəziyyət isə magistral yolun Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində müşahidə olunur. Belə ki, beton yolun Giləzi qəsəbəsindən keçən hissəsində əməlli-başlı çökmə baş verib.

"İndi iş o yerə çatıb ki, yolun təcili təmirinə başlanılıb. Amma yolu bərpa etmək mümkün deyil, Çünki beton layları bir-birin ardınca qopub düşür. Bu da onun keyfiyyətsiz hazırlanmasından xəbər verir. İndi "Azeryolservis" bu yolu betonla yox, asfalt çəkməklə hazır vəziyyətə gətirmək istəyir" deyə mənbə bildirir.

Qeyd edək ki, "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanovdur və onun adı dəfələrlə yol çəkilişlərindəki yeyintilərlə bağlı hallanıb.

Sübhan
AzNews.az

Bağla X