13:34
(077) 610-22-33

İranda həbs olunmuş vətəndaşımız azad edilməyib – TƏKZİB

  • >
241 6 May 2013 08:41 | Cəmiyyət

“O, sadəcə olaraq, həyat yoldaşı ilə telefon əlaqəsi yaradıb və bildirib ki...”



İranda həbs edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalidin sürücüsü Şamxal Hüseynovun azadlığa buraxılması ilə bağlı məlumat yayılıb.

X.Xalidin elmi rəhbəri və çalışdığı şöbənin müdiri professor Vaqif Arzumanlı isə AzNews.az-a verdiyi açıqlamada bildirib ki, yayılan bu məlumatların heç bir əsası yoxdur:

"Şamxal Hüseynov sadəcə olaraq, həyat yoldaşı ilə telefon əlaqəsi yaradıb və bildirib ki, yaxın bir neçə gün ərzində Azərbaycana qayıdacaq. Ancaq azad edilməsi haqqında heç nə deməyib. Eləcə də harada, hansı şəraitdə saxlandığını söyləməyib. Bu isə onun hazırda azadlıqda olmadığını söyləməyə əsas verir. Daha sonra Şamxalın qardaşı bu barədə Təbrizdəki konsulluğumuza məlumat verib. Qardaşının zəng etdiyini, bir neçə günə qayıdacağını bildirib. Ancaq təkrar edirəm ki, ailəsi ilə telefon söhbətində Şümxal Hüseynov azad edildiyi barədə heç nə deməyib".

Xatırladaq ki, İran Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılmasını təsdiqləsə də, onların saxlanma şəraiti barədə məlumat vermir.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X