20:47
(077) 610-22-33

Misir Mərdanov: “Hazırda işçilərin problemləri ilə tanış oluram“

  • >
365 6 May 2013 09:34 | Cəmiyyət

"Cənab prezident mənə başqa məsul vəzifə verdi və bundan sonra mənim işim bu vəzifədə cənab prezidentlərin etimadını doğrultmaqdır"


Bunu təhsil naziri vəzifəsindən çıxarılan Misir Mərdanov deyib: "Gələcək planlarıma gəldikdə hazırda işçilərin problemləri ilə tanış oluram və müəyyən müddətdən sonra öz proqramımı açıqlayacağam".

Misir Mərdanov nazir vəzifəsindən azad olunmasından da danışıb: "Mən prezidentin bu qərarını çox yaxşı qarşıladım. 5 il ümumilli lider Heydər Əliyev, 10 il isə İlham Əliyevin rəhbərliyi altında işləmişəm. Həmişə çalışmışam ki, onların etimadını doğruldum. 67 yaşlı professor üçün bir vəzifədən başqa işə keçməsini yüksək qarşılayıram. Bunu prezidentin mənə qarşı yüksək və diqqət və qayğısı hesab edirəm. Bundan sonra da onların etimadını doğruldacam".//qafqazinfo//


AzNews.az
Bağla X