10:40
(077) 610-22-33

“Bu, mənə ayağı sürüşkən qadınların hərəkətini xatırlatdı” – ƏKS HÜCUM

  • >
345 8 May 2013 12:45 | Cəmiyyət

Eldar Namazov və Eldəniz Quliyev 100 min dollarlıq ittihamdan danışdı



"Mən haqqımda yayılan məlumatla tanışam. Bu məlumatların hamısı qara piardır. "El" Hərəkatı ilə bağlı böhtan xarakterli informasiyalardır. Bu cür antitəbliğat məlumatları mənə ayağı sürüşkən qadınların hərəkətini xatırlatdı".

Bu sözləri AzNews.az-a açıqlamasında "El" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun guya onun vasitəsilə "El" hərəkatına 100 min dollar pul ötürməsi ilə bağlı məlumata münasibət bildirərkən deyib.

Qeyd edək ki, yayılan məlumatda bildirilir ki, Rüstəm İbrahimbəyovla "El" hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev arasında telefon danışığı olub. Telefon danışığı zamanı məlum olub ki, "El"in fəaliyyəti ilə bağlı Rüstəm İbrahimbəyov Eldəniz Quliyevə 100 min dollar məbləğində pul ayırıb, bunun müqabilində isə "El" hərəkatı effektli fəaliyyət göstərməli idi.

E.Quliyev bildirib ki, əgər ortada belə bir səs yazısı varsa, bu məlumatı yayan media qurumu həmin səs yazısını da yaysın, əks təqdirdə onları məhkəmə perspektivi gözləyir: "Bu cür böhtanın cavabını məhkəmədə verəcəyik".

"Rüstəm İbrahimbəyovun Eldəniz Quliyevə "El" Hərəkatının fəaliyyəti üçün 100 min dollar verdiyi ilə bağlı yayılan məlumat yanlışdır. Mən Rüstəm İbrahimbəyovu da yaxşı tanıyıram, Eldəniz Quliyevi də. Belə bir şey ola bilməz və bu məlumatlar təbii ki, təxribatdır".

Bu sözləri isə AzNews.az-a açıqlamasında "El" Hərəkatının sədri Eldar Namazov deyib.

E. Namazov deyib ki, R. İbrahimbəyov "El" Hərəkatına bu və ya digər formada heç vaxt pul ayırmayıb: "Bu məlumatlar hərəkatla bağlı yayılan növbəti uydurmadır".

Anar
AzNews.az

Top xəbərlər
Bağla X