Bakıda başlanan beynəlxalq forumda QALMAQAL

Bakıda mayın 7-də öz işinə başlayan Cənubi Qafqaz Forumunun bu gün keçirilən iclasında mübahisə yaranıb.

Forumun 5-ci sessiyasına dəvət olunan, Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyevə çıxış imkanı yaradılmayıb və adı çıxışçılar siyahısından çıxarılıb. Ə.Əliyev AzNews.az-a bildirib ki, bir ay əvvəl sessiyada iştirakla bağlı rəsmi dəvət almasına baxmayaraq adının çıxışçılar siyahısına salınmadığını tədbir zamanı öyrənib: "Məni dəvət edəndə həmçinin çıxış hazırlamağımı xahiş etmişdilər. "İnsan alverinə qarşı mübarizənin təkmilləşdirilməsi" mövzusunda sessiyada iştiraka dəvət almışdım. Ancaq Azərbaycandan tədbirdə iştirak edənlərin sayını öyrənəndə məlum oldu ki, onların sayı cəmi 5 nəfərdir. Azərbaycandan iştirakçıların sayının az olmasına etirazımı bildirdim. Keçmiş prezidentler və baş nazirlər 5 nəfər üçün danışırdı?"

İnsan alverindən bəhs edən tədbirdə bu sahədə fəaliyyət göstərən dövlət və ya QHT təmsilçisinin iştirak etmədiyinə təəssüfləndiyini bildirən Ə.Əliyev adının ona xəbər verilmədən çıxışçılar siyahısından çıxarılmasına da etirazını ifadə edib: "Buna görə təşkilatçılar məndən üzr istəməlidirlər. Keçmiş prezidentlər, baş nazirlər və bu kimi digər şəxslərin iştirak etdiyi belə bir nüfuzlu tədbirin ictimaiyyətə qapalı olması və insan alveri sahəsində fəaliyyət göstərən dövlət orqanları, beynəlxalq təşkilatlar və yerli QHT-lərin bu tədbirə dəvət olunmamasından təəssuflənirəm".


Elnarə Əlosmanqızı
AzNews.az