09:49
(077) 610-22-33

Hökümət Nardaran sakinlərinin borclarını “bağışladı”

  • >
341 13 May 2013 11:45 | Cəmiyyət

Hökumət Nardaran sakinlərinə çoxdandır yığılıb qalan kommunal borcları ilə bağlı güzəştə gedib



Bu barədə Modern.az-a Milli Məclisin 28 saylı Sabunçu III seçki dairəsindən seçilən deputatı Eldar Quliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, əldə edilən razılığa əsasən, Nardaran sakinləri kommunal borclarını bundan sonra hissə -hissə ödəməli olacaqlar:

"Nardaran camaatının kommunal problemləri tam olaraq həll edilib. Belə bir ümimi qərara gəlindi ki, bu insanlar az-az borclarını ödəsinlər. Biz "Azəriqaz"dan da, Bakı Elektrik Şəbəkədən dı xahiş elədik ki, Nardaran camaatının işıqlarını kəsməsinlər. Danışdıq qərara aldıq ki, borcları sakinlər imkan daxilində ödəsinlər. Biz də yerli sakinlərlə danışdıq bu barədə. İndii demək olar ki, kommunal sahədə heç bir problem yoxdur"-deyə E.Quliyev bildirib.

Qeyd edək ki, bu ilin mart ayında Nardaranda kommumal borclarla bağlı ciddi problemlər yaranmışdı. Çoxdandır yığılan borclarını ödəmək istəməyən kənd sakinləri arasında etiraz dalğası səngimək bilmirdi. Hətta borclara görə, elektrik enerjisinin verilişində fasilələr yaranmışdı.

AzNews.az
Bağla X