01:12
(077) 610-22-33

Təhsil naziri: “Yalnız yaxşı təhsilli valideyn...“

  • >
338 17 May 2013 18:20 | Cəmiyyət

"Azərbaycan müstəqillik əldə edəndən sonra mühüm irəliləyişlər əldə edib. Lakin bizim ölkəmiz hələ də müəyyən problem və çağırışlarla üz-üzə qaldığı üçün biz daha çox iş görməliyik"


APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Diplomatik Akademiyasında keçirilən buraxılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində dünya ictimaiyyətinin Azərbaycana dəstəyi gündən-günə artır: "Lakin Azərbaycan torpaqlarının hələ də erməni işğalı altında qaldığını, didərgin vətəndaşlarımızın öz yurd-yuvalarına qayıda bilmədiyini nəzərə alaraq, hər birimiz dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında daha düzgün məlumatlandırmalı, onlara Ermənistanın Azərbaycana qarşı aqressiyasının, işğalçılıq və etnik təmizləmə siyasətinin ağır nəticələri barədə məlumat verməliyik. Biz həmçinin Ermənistanın bu konfliktin həll etməməsinə yönəlik səylərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalı, Ermənistan hakimiyyəti və diasporunun Dağlıq Qarabağın tarixi haqqında yanlış məlumat yaymaq səylərinə etirazımızı bildirməliyik. Onların Dağlıq Qarabağ haqqında yalanları, Azərbaycanın mövqeyini təhrif olunmuş və yanlış formada təqdim etmək barədə səylərinə qarşı çıxmalı, Azərbaycanın BMT və digər təşkilatlarda konstruktiv mövqe tutduğunu nümayiş etdirməliyik".

M. Cabbarov qeyd edib ki, yalnız yaxşı təhsilli valideyn ölkəni qoruya biləcək əsgərlər, nəsillər, Vətənə, xalqa xidmət edən vətəndaşlar yetişdirə bilər. Nazir qeyd edib ki, Azərbaycan cəmiyyətində gənclər üstünlük təşkil edir: "Çünki Azərbaycan əhalisinin çoxunun yaşı 30-dan aşağıdır. Bu faktorlar da gənc nəslin dövlət quruculuğunda, Azərbaycan demokratik və iqtisadi inkişafında gənclərin rolunu müəyyən edir.

Cəmiyyətin ən dinamik hissəsi olaraq gənclər daim modernləşmə və uğurun önündə olmalıdır. Bu məqsədlərə nail olmaq üçün biz öz hədəflərimizi müəyyən etməliyik".

AzNews.az
Bağla X