23:56
(077) 610-22-33

DİN qəzaya düşən hərbiçilər barədə məlumat yaydı

  • >
286 20 May 2013 11:16 | Cəmiyyət

Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbçilərinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb



AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 18-də saat 07.45 radələrində Quba rayonunun Aşağı Altuc kəndinin ərazisində Daxili Qoşunların "N" saylı hərbi hissənin çavuşu Seymur Əliyev idarə etdiyi RAF markalı avtomaşını yolun kənarındakı ağaca vurub.

Nəticədə S. Əliyev və sərnişinləri, çavuşlar Rəşad Adıgözəlov, Ayaz Bayramov, Elmir İsmayılov, Əlibəy İsmiyev hadisə yerində ölüb.

Xəsarət alan digər sərnişinlər Əfqan İsgəndərov, Fariz Məmmədov, Elnur Həsənov, Ruslan Musayev, Namiq İsayev və İsmayıl Ağəlizadə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X