Nazirlər Kabinetində "Çox uşaqlı ailələrə dövlət dəstəyi" qanun layihəsi hazırlanıb Nazirlər Kabinetində "Çox uşaqlı ailələrə dövlət dəstəyi" qanun layihəsi hazırlanıb

3 uşaqlı ailələrə ev veriləcək - Azərbaycanda

Nazirlər Kabinetində "Çox uşaqlı ailələrə dövlət dəstəyi" qanun layihəsi hazırlanıb



Azərbaycanda 3 və daha çox uşağı olan ailələr mənzillə təmin olunacaq, həmçinin xüsusi ipoteka imtiyazlarına malik olacaqlar.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov bildirib. Onun sözlərinə görə, bunun üçün Prezident Administrasiyasında Azərbaycan Respublikasının Nazirlər Kabinetində "Çox uşaqlı ailələrə dövlət dəstəyi" qanun layihəsi hazırlanıb.

Bundan əlavə qeyd edək ki, 3 uşaqdan sonra hər bir uşağa görə, 12 minimum əmək haqqına ekvivalent birdəfəlik, yaxud da aylıq müavinət veriləcək.//anspress//

AzNews.az