06:34
(077) 610-22-33

TQDK-dan dərsliklərlə bağlı açıqlama

  • >
274 6 İyun 2013 12:52 | Cəmiyyət

7-ci sinif dərslikləri ilə bağlı aparılan monitorinqlərin nəticəsi gələn həftə Təhsil Nazirliyinə təqdim ediləcək



"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəblərdə istifadə edilən 7-ci sinif dərslikləri ilə bağlı aparılan monitorinqləri başa çatdırıb.

Hazırda müəyyən dərsliklərlə bağlı müzakirələr aparılır. Bütün proseslər başa çatdıqdan sonra 7-ci sinif dərslikləri ilə bağlı monitorinqin nəticələrini gələn həftə Təhsil Nazirliyinə təqdim ediləcək". Bu barədə APA-ya açıqlamasında TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva deyib. O bildirib ki, 7-ci sinif dərslikləri neçə illərdir şagirdlərin istifadəsində olub, bununla bağlı mütəmadi olaraq müzakirələr aparılıb, diqqətlə və həssaslıqlar yoxlanılıb. A.Batıyevanın sözlərinə görə, monitorinqin nəticələrinə əsasən rəylərdə qeyd olunacaq ki, bu dərsliklərlə bağlı iradları, fikirləri yeni dərsliklərin hazırlanması zamanı nəzərə alınsın:

"Kurrikulum islahatına görə ildən-ilə dərsliklər dəyişilir. Növbəti ildə isə 7-ci sinif dərslikləri yenidən hazırlanacaq. Ona görə də 7-ci sinif üzrə hansısa dərsliklərin istifadəsinin məqsədə uyğun olmaması barədə hər hansı qeyd olmayacaq. Sadəcə, müəyyən tövsiyələr veriləcək. Biz tövsiyə edəcəyik ki, monitorinqlər nəticəsində əldə etdiyimiz bəzi fikirlər yeni dərsliyin hazırlanması zamanı nəzərə alınsın".

AzNews.az
Bağla X