21:58
(077) 610-22-33

AB nümayəndələri həbsdəki müsavatçı ilə görüşdü

  • >
424 7 İyun 2013 16:15 | Cəmiyyət

İyunun 7-də bir qrup diplomat həbsdə olan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubl ilə görüşüb.


Avropa Birliyinin (AB) siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin rəisi Toralf Pilts və Avropa Birliyinin nümayəndəliyinin eksperti Liudas Kolesinkas hazırda 1 saylı Bakı Şəhər İstintaq Təcridxanasında saxlanılan T.Yaqublunu ziyarət ediblər.

Qeyd edək ki, fevralın 4-də Tofiq Yaqublu haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilib.
Aprelin 26-da isə onun barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.//musavat.com//

AzNews.az
Bağla X