22:21
(077) 610-22-33

Ən çox “like“ yığan siyasətçi - Azərbaycanda

  • >
268 11 İyun 2013 13:49 | Cəmiyyət

Dövlət rəsmilərindən İlham Əliyev, Milli Məclisin deputatları arasında Mehriban Əliyeva birincidir

Femida.az Hüquq İnformasiya Portalının Redaksiya Heyəti tərəfindən Azərbaycan Respublikasının bütün hökumət qurumları və hökumət rəsmilərinin facebook səhifələri ilə bağlı monitorinqi davam edir. Bu barədə mətbuata açıqlamasında portalın baş redaktoru Pərvin Abbasov məlumat verib.

Facebook sosial şəbəkəsində aparılan monitorinq nəticəsində, aşağıda göstərilən dövlət orqanları və rəsmilərindən 27-si istisna olmaqla digərlərinin bu sosial şəbəkəyə qismən önəm verdiyi, yaxud ümumiyyətlə önəm vermədiyi ortaya çıxıb.

Facebook sosial şəbəkəsində rəsmi şəxs və ya qurumların siyahısı belədir (rəqəmlər yuvarlaq verilib):

1) Azərbaycan Respublikasının prezidenti İlham Əliyev (185 000 like)

2) Elektron Hökumət Portalı (49 500 like)

3) "ASAN Xidmət" (46 600 like)

4) Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (22 500 like)


5) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (14 600 like)

6) Fövqəladə nallar naziri Kəmaləddin Heydərov (14 000 like)

7) Vergilər Nazirliyi (13 300 like)

8) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (12 000 like)

9) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (12 000 like)

10) ARDNŞ (8 700 like)

11) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (6 800 like)


12)
Səhiyyə Nazirliyi (4 000 like)

13) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (3600 like)

14) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov (3 400 like)

15) Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (3 250 like)


16)
Dövlət Sərhəd Xidməti (2 800 like)

17) Gənclər və İdman Nazirliyi (2 140 like)

18) Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov (1 900 like)


19)
Diasporla İş üzrə Dövlət Komitəsi (1 450 like)

20) Milli Təhlükəsizlik Nazirliyi (1 250 like)

21) Respublikası Baş Prokurorluğu (950 like)

22) İqtisadi İnkişaf Nazirliyi (600 like)

23) Elmin İnkişafı Fondu (500 like)

24) Fövqəladə Hallar Nazirliyi (460 like)

25) Dövlət Neft Fondu (450 like)

26) Dövlət Gömrük Komitəsi (290 like)

27) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (281 like)

Siyahıya nəzər saldıqda, həm də dövlət rəsmilərindən facebook sosial şəbəkəsinə daha çox önəm verən şəxslərin hansılar olduğu bilnir: Azərbaycan Respublikasının prezidenti İlham Əliyev (185 000 like), Fövqəladə nallar naziri Kəmaləddin Heydərov (14 000 like), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov (3 400 like), Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov (1 900 like).

Yeri gəlmişkən, Milli Məclisin deputatları arasında facebook sosial şəbəkəsində ən aktiv olanı Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya məxsus səhifədir (71 000 like).

Əvvəllər Xairici İşlər və Daxili İşlər nazirliklərinin facebook səhifəsi fəaliyyət göstərsə də, sonradan həmin səhifələr ləğv edilib (böyük ehtimalla bu, saxta səhifələrdən olub).

Təhsil Nazirliyinin isə facebook səhifəsi yenicə yaradılıb (like sayı 100-ə yaxındır).

Ədliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Mülki Aviasiya Administrasiyası, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və digər dövlət qurumlarına və dövlət xadimlərinə aid olduğu iddia edilən bəzi facebook səhifələri vardır ki, bunlar ya çox passiv səhifələrdir; yaxud həmin səhifələrin müvafiq qurumların olduğuna dair şübhələr var. Bundan başqa, bir sıra dövlət qurumları özünün rəsmi saytında facebook sosial şəbəkəsinə keçid qoymayıb.

Yerdə qalan digər dövlət qurumlarının ümumiyyətlə facebook səhifəsi yoxdur.

AzNews.az
Bağla X