23:20
(077) 610-22-33

“Ayının kəndə gəlməsi mümkün haldır” – Rəsmi münasibət

  • >
305 24 İyun 2013 09:36 | Cəmiyyət

“Əgər ayı insana hücum edibsə...”




"Şamaxıda ayının iki nəfərə xəsarət yetirdiyi Keşmədil kəndi Milli parkın yaxınlığında yerləşir. Buna görə də ayının kəndə gəlməsi mümkün haldır".

Bunu AzNews.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bildirib.

R. Mirzəyevin sözlərinə görə, ayı "Qırmızı kitab"a salındığından onun vurulması inzibati cərimə ilə yanaşı cinayət məsuliyyəti də tələb edir:

"Ancaq təbii ki, burada hadisənin özünümüdafiə xarakterli olması nəzərə alınır. Əgər ayı insana hücum edibsə və insan özünü müdafiə məqsədilə ayını vurubsa, cinayət məsuliyyəti tətbiq olunmur. Əgər ayı məsələn, meşədə satış və ya başqa məqsədlə vurulubsa, bu artıq cinayət məsuliyyəti tələb edir".

İndiki halda Keşmədil kəndində iki nəfərə xəsarət yetirən ayının vurulmadığını, sadəcə insanlar tərəfindən onu qaçırmaq üçün daş atıldığını bildirən R. Mirzəyev məsələnin araşdırıldığını bildirib.

Qeyd edək ki, kənd sakinləri ayının kəndə inəyin belində gəldiyi, ancaq inəyə heç bir xəsarət yetirmədiyini bildiriblər.

Elnarə
AzNews.az
Top xəbərlər
Bağla X