18:08
(077) 610-22-33

Müəllim işləmək istəyənlərin nəzərinə!

  • >
385 25 İyun 2013 19:20 | Cəmiyyət

Azərbaycanda müəllim işləmək istəyən insanlar xüsusi kurslardan keçməli ola bilər. Bununla bağlı Təhsil Problemləri İnstitutu tərəfindən müxtəlif təkliflər irəli sürülüb.

Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov açıqlamasında bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da pedaqoji təhsilli insanların müəllim işləməsi üçün onlara ilk öncə 10 ay müddətində təşkil olunan kurslar vasitəsilə müəllimlik peşəsinin sirlərini öyrətmək lazımdır.

A.Mehrabov ali məktəbi bitirən hər insan pedaqoji təhsilli insanların birbaşa məktəbdə müəllim işləməsini düzgün hesab etmir: "Bu kurslar praktiki yönümlü və müəllim peşəsinin sirlərini öyrənməyə xidmət etməlidir. Burada xüsusi şagird davranışı, şagirdin yaş xüsusiyyətlərinin nəzərə alınması, şagird-müəllim münasibətlərinin incəliklərinin öyrənilməsi kimi məsələlər 10 ay müddətində öyrədilməli və onların müəllimlik fəaliyyətinə başlaması üçün lisenziya verilməlidir. Müəllim fəaliyyətə başlaması üçün hökmən 5 il müddətində lisenziya almalıdır. 5 ildən sonra müəllim yenidən kursdan keçərək fəaliyyətini davam etdirməlidir".//apa.az//

AzNews.az
Bağla X