06:53
(077) 610-22-33

Tıx-Tıx xanımın Manatı

  • >
377 28 İyun 2013 12:27 | Cəmiyyət

İnstitutlaşan dəyər ixrac edən sistemlə yaddaşlaşıb daşlaşan düşüncələr biri-birini anlamadıqda zədələr başlar. Son müstəqillik yaşantılarımız bu tərsliklərin mücadiləsi ilə gedir.

Rus, düşüncə sistemimizi zədələdi. Onlar kimi düşünmək məcburiyyətində qaldıq. Bunu sivilizasiya ilə onun dilində danışmaq adlandırdıq. Axundov bunu istədi, Zərdabi bu yolun doğruluğuna ömür həsr etdi. Və Cümhuriyyət oldu.

Cümhuriyyət Rus, Osmanlı, İran dəyərlərinə söykənən təzadlı düşüncələr müstəvisi idi. Rəsulzadə "Əsrimizin Səyavuşu"nu başlamamışdı. Səyavuş yox idi hələ. Mamed, Mehmet və Məmməd var idi.

Hamısı bitdi, Mamed yaşadı. Və Mamedin yaşamını sovetləşmə təyin edəcəkdi. İnstitutlaşma Mamedə mərkəzdən təyin olunma ilə başladı. Mədəniyyət, siyasət, ictimai fikir və yaşam dəyərləri Mərkəzin təlimatları əsasında institutlaşdı. Bu təlimatlar bircə ailəyə aid deyildi. Mamed bir tək evdə Məmməd olaraq qaldı.

Müstəqillik gəldi, institutlaşan nə var idisə, mərkəzsiz qaldı. Özünü mərkəz olaraq görə bilməyən Məmməd seçim qarşısında idi. İnstitutlaşmadan vaz keçildi. Biz və onlar başlandı. Dövlət İnstitutu hakimiyyətlə, yaşam isə yaşamaq uğrunda mübarizə ilə əvəzləndi.
Tıx-tıx xanım qalib gəldi demək. Tıx-tıx xanımla böyüyən nəsil siçanın yanında olmağı daha müftə yemək yeri kimi seçdi.

Bu gün yeni bir gənclik var.
Bu gün artıq Ailə yox.
Bu gün yeni bir ovqat var.
Bu gün dəyər yox.
Bu gün çoxlu İnstitutlar var.
Bu gün İnsan yox.
Bu gün kimlik kimi özünü tanıda bilcək yalnız Manat var. Bu "Manat"ın nə olduğunu bilən varmı?

AzNews.az
Top xəbərlər
Bağla X