09:19
(077) 610-22-33

Azyaşlı uşaq insan alverinin qurbanı oldu

  • >
466 2 Avqust 2012 14:40 | Cəmiyyət

Cari ilin ötən 6 ayında 10-dan artıq Azərbaycan vətəndaşı aldadılaraq Rusiyaya aparılıb və məcburi əməyə cəlb olunub. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən AzNews.az-a verilən məlumata görə, həmin faktla bağlı cinayət başlanıb, istintaq aparılır. Hesabat dövründə məcburi əməyə cəlb etməklə bağlı ümumilikdə 2 fakt qeydə alınıb. Həmin faktlardan biri ölkə daxilində baş verib. Belə ki, həmin cinayətin qurbanı Ağcabədi rayon sakinləri tərəfindən ölkə daxilində məcburi əməyə cəlb olunub. Bu il insan alveri qurbanlarından biri azyaşlı uşaq olub. Belə ki, Bakı şəhərində 4 aylıq uşaq valideyni tərəfindən başqasına satılıb. Həmin faktla bağlı cinayət işi başlanıb.


Sevinc Fədai

AzNews.az


Bağla X