02:39
(077) 610-22-33

“Azadlığ”ın çap problemi ilə bağlı tədbir keçirildi

  • >
360 13 Noyabr 2013 13:33 | Cəmiyyət

"Azadlıq" qəzetinin çapını dayandırması ilə bağlı mətbuat konfransı keçirilib.


AzNews.az-ın məlumatına görə, qəzetinin redaktoru Rahim Hacıyev təmsil etdiyi mətbuat orqanının düşdüyü vəziyyət, problemdən çıxış yolunun çözülməsi məsələləri müzakirə olunub.

R. Hacıyev qeyd edib ki, qəzetə edilən yardımlar borcu ödəməyə imkan vermir: "Eyni zamanda qəzet işçilərin maaşını verə bilmir. Dünyanın börd bir yanında böyük projelər keçirən hakimiyyət qəzetə heç bir yardım etmir, əksinə çalışır ki, bütün vasitələrlə qəzeti birdəfəlik bağlasın. İctimaiyyətin üzərinə böyük iş düşür. Demokratik təsisatlar qorunmalıdır. Qəzetin xilası, söz azadlığının xilası deməkdir".
Çıxış edən tanınmış hüquqşunas Aslan İsmayılov ölkədə fəaliyyət göstərən, hüquq müdafiəçilərinin, QHT nümayəndələrinin tədbirdə iştirak etməməsindən gileylənib.

DEVAM sədri Hacı İlqar İbrahimoğlu bildirib ki, abunə yazılmaq prosesini gücləndirmək lazımdır: "Əminəm ki, düzgün strategiya seçilsə, problem həllini tapacaq. Bu "Azadlıq"ın birinci çətin vəziyyəti deyil. İnanıram ki, qəzet bu problemini tez bir zamanda həll edəcək".

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev konfransında səslənən siyasi çıxışları yanlış adlandırıb: "Qəzet çıxanda buna davam edərsiniz. Çünki, bura toplaşmağımızın əsas məqsədi qəzetin üzləşdiyi çətin durumdan xilas etməkdir. Maliyyə vəsaitinin toplanması ilə bağlı kampaniyalar aparılmalıdır".

Milli Şura üzvü Gültəkin Hacıbəyli "Azadlıq" qəzetini də abunə marafonu keçirməyə çağırıb.

AzNews.az
Bağla X