20:56
(077) 610-22-33

Ankarada keçirilən iclasda bir sıra sənədlər imzalandı

  • >
467 13 Noyabr 2013 16:48 | Cəmiyyət

Ankarada prezident İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasının yekununda bir sıra sənədlər imzalanıb.

APA-nın verdiyi məlumata görə, toplantıda iki ölkə arasında texnologiyalar sahəsində əməkdaşlığa dair protokol, elm, texnologiya, sənaye və təşviqlər sahəsində əməkdaşlığın gücləndirilməsinə dair memorandum, beynəlxalq kombinə edilmiş yük daşınmaları müqaviləsi, təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi, iş gününün qarşılıqlı müəyyənləşdirilməsinə dair müqavilələrə imza atılıb.

Prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyip Ərdoğan isə sonda toplantının yekun Bəyannaməsini imzalayıblar.

AzNews.az
Bağla X