23:20
(077) 610-22-33

Azərbaycan və İraq saziş imzalayacaq

  • >
481 4 Dekabr 2013 10:18 | Cəmiyyət

Azərbaycan və İraq İKT sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə İraqın rabitə və əyalət işləri naziri Torhan M.Əl-Müfti ticarət, iqtisadiyyat, elm və mədəniyyət sahəsində əməkdaşlıq üzrə Azərbaycan-İraq birgə komissiyasının birinci iclası ərəfəsində deyib.

Əl-Müfti bildirib: "Ölkələrimiz arasında əməkdaşlıq Azərbaycan-İraq diplomatik əlaqələri kimi 40 ildən artıq zəngin tarixə malikdir. İraq Azərbaycanda səfirlik açan ilk ölkələrdən biri olub".

Onun sözlərinə görə, tərəflər bir neçə saziş imzalayacaqlar.
İraqlı nazir deyib: "İclasın yekunları üzrə biz bir neçə saziş, o cümlədən təhsil, elm, kənd təsərrüfatı və başqa sahələr üzrə anlaşma memorandumu imzalamağı planlaşdırırıq. Bu sənədləri əməkdaşlığımızın gələcək inkişafı üçün bazis kimi qiymətləndirmək olar".

AzNews.az
Bağla X