20:15
(077) 610-22-33

“Ermənilər əyilsə, Bakı müəyyən güzəştə gedə bilər“- Əli Həsənov

  • >
2 133 10 Dekabr 2013 10:46 | Cəmiyyət

"Biz bir qarış torpağımızı da güzəştə getməyəcəyik"




"Ermənilər həmişə güclü dövlətlərin qarşısında əyiliblər. Onlardan kömək istəyib bəhrələniblər".

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dövlət Komitəsində ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar "Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur" mövzusunda keçirilən tədbirdə deyib.

Ə.Həsənov bildirib ki, bu gün Azərbaycan çox güclü dövlətə çevrilib və bunu Ermənistanda da çox gözəl bilirlər:

"Hesab edirəm ki, ermənilər indi də öz milli xüsusiyyətindən, adət-ənənəsindən uzaqlaşmamalıdırlar. Qoy indi də gəlib güclü Azərbaycana tərəfə əyilsinlər. Əgər bunu etsələr, bəlkə Azərbaycan da hansısa güzəştə gedə bilər. Onlar çox gözəl bilirlər ki, başqa çıxış yolu yoxdur. Ermənistan xalqı ağıllı xalqdırsa, öz rejimini dəyişməlidir. Sonra Azərbaycandan kömək istəyib problemlərini həll etməlidir".

Baş nazirin müavini qeyd edib ki, torpaq məsələsində güzəştə gedilməyəcək:

"Biz bir qarış torpağımızı da güzəştə getməyəcəyik. Prezident İlham Əliyev də bu mövqedədir. Mən
inanıram ki, Azərbaycan İlham Əliyevin iradəsi və rəhbərliyi altında bu məsələnin də həllinə nail olacaq".

Ə.Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəymiş ziyanın hesablanması üçün beynəlxalq qiymətləndiricilərin də cəlb olunduğu işçi qrupu yaradılıb. Hesablamalara görə, Azərbaycana dəymiş maddi
ziyanın həcmi 300 milyard ABŞ dollarından çoxdur.

AzNews.az
Bağla X