Anar ölüm ayağında olan yazıçıya kömək istədi - Özəl

"Yazıçılar Birliyinin sədri Anar Rzayev Adil Mirseyidlə bağlı lazımı qurumlara müraciət göndərib".


Bunu AzNews.az-a Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca deyib.

Onun sözlərinə görə, müraciətin müsbət qarşılanacağına ümid edirlər: "Anar müəllim əlindən gələni etdi, lazımı quruma müraciət ünvanladı. Yəqin ki, bir-iki günə müraciətə cavab gələcək".

F.Qoca kömək üçün hansı qurum müraciət edildiyini isə demək istəməyib: "Müraciətimizə cavab gəlməmiş həmin qurumun adını çəkmək istəmirik. Hələ ki buna ehtiyac yoxdur".

Xatırladaq ki, Adil Mirseyid qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir.

Bahar Rüstəmli
AzNews.az