04:11
(077) 610-22-33

Zakir Həsənov Eldar Sabiroğlunun yerinə təyinat etdi- ÖZƏL

  • >
494 5 Yanvar 2014 13:43 | Cəmiyyət

Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub.

AzNews.az-ın xəbərinə görə, bununla bağlı müdafiə naziri Zakir Həsənov yeni əmr imzalayıb.

Əmrə əsasən, nazirliyin İnformasiya İdarəsində çalışan polkovnik-leytenant Vaqif Dərgahlı mətbuat xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra qurumun mətbuat xidmətinə 7 il rəhbərlik etmiş sabiq deputat Eldar Sabiroğlu raport yazaraq Silahlı Qüvvələrdən təxris olunmasını xahiş edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa çatan kimi 2013-cü ilin dekabr ayında isə o, ordu sıralarından təxris edilib.

Azər
AzNews.az
Bağla X