Mirkamilin ürək əməliyyatından görüntülər- Video

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva "Xalq ulduzu" müsabiqəsinin iştirakçısı Mirkamil Kamilov haqqında yayılan şayiələrə son qoyub.

Axşam.az-ın məlumatına görə, gənc ifaçı bir müddət əvvəl İranda ürək əməliyyatı keçirib.

Bəziləri Mirkamilin bu əməliyyatı gündəmə gəlmək üçün yalandan uydurduğunu iddia edib. Söz-söhbətlərə cavab olaraq Aynişan əməliyyat zamanı çəkdiyi videonu sosial şəbəkədə paylaşıb:

"Bəzi jurnalistlərin Mirkamilin əməliyyatına don geyindirərək mətbuatda yaydıqları məlumata cavab kimi bu görüntüləri paylaşmağa məcbur qaldım".

Qeyd edək ki, ürəyində ciddi problemi olan Mirkamil İranda əməliyyat olunarkən Aybəniz Haşımova və qızı onu tək qoymayıb. Aynişan hətta əməliyyat zamanı sənətçinin yanında olub.



AzNews.az