Emin Ağalarov: “Uşaqlarımın bəxti çox gətirib“

Bəstəkar- müğənni Emin Ağalarov "Nargis" jurnalına müsahibə verib.

"Qafqazinfo" müsahibədən maraqlı məqamları təqdim edir:

Emin Ağalarov müsahibə zamanı ailəsi ilə münasibətlərindən də danışıb:

"Üzərimə götürdüyüm öhdəlikləri, istər musiqi olsun, istərsə də biznes olsun, yaxşı bacarıram. Həyatımda mənfi xüsusiyyətim kimi göstərəcəyim yeganə hal uşaqlarımla az vaxt keçirməyimdir. Mən Moskvada qalıram, onlar isə ya Londonda, ya da Bakıda. Bəzən onları yanıma gətirirəm və ya yanlarına gedirəm, lakin yenə də onlardan doymuram. Bizim atamla qeyri adi, çox müdrik münasibətimiz formalaşıb. Atamı çox görə bilmirdim, o, Moskvada, mənsə anam və bacımla Amerikada yaşayırdım. Biz çox vaxtımızı birlikdə keçirə bilmirdik, lakin bizim münasibətimiz həmişə qarşılıqlı hörmət və anlayış üzərində köklənib. Erkən yaşlardan maddi cəhətdən heç kimdən asılı olmadım. Daha sonra o, biznesinin müəyyən hissəsini mənə həvalə etdi.

Mən də öz layihələrimi yaratdım, eləcə də "Sea Breeze" hotelini tikdim. Bu gün biz yaxın dostlarıq, lakim mənim vəzifəm kimin ata, kimin oğul olduğunu heç vaxt unutmamaqdır.

Mən də övladlarımı tərbiyə etmək üçün bu cür münasibəti mütləq yaradacam. Əsas onları doğru istiqamətə yönləndirməkdir. Həm də onların gözünün qarşısında ancaq müsbət nümunə var. Onları ləyaqətli insanlar əhatə edir, bu cəhətdən uşaqlarımın bəxti çox gətirib".

AzNews.az