10:18
(077) 610-22-33

DSMF sədri ilə görüşmək istəyənlərin nəzərinə

  • >
785 10 Yanvar 2014 10:56 | Cəmiyyət

DSMF sədri Elman Mehdiyev Qubada beş rayonun sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək.


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 22 yanvar 2014-cü il tarixdə, saat 11:00-da Fondun Quba rayon şöbəsinin inzibati binasında bu rayondan, eləcə də Qusar, Şabran, Siyəzən, Xaçmaz rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək.

Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün info@sspf.gov.az elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34, Quba rayon şöbəsində (023) 335 - 26 - 15, Qusar rayon şöbəsində (023) 385-40-94, Şabran rayon şöbəsində (023) 353 -39- 48, Siyəzən rayon şöbəsində (023) 304 - 09- 04, Xaçmaz rayon şöbəsində (023) 325-05-25.

Qəbulda iştirak edəcək vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Quba rayon şöbəsinə aparılıb gətirilmələri təmin ediləcək.

Amid
AzNews.az
Bağla X