07:13
(077) 610-22-33

29 390 nəfər işlə təmin olunub

  • >
377 17 Yanvar 2014 10:03 | Cəmiyyət

1480 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib




2013-cü il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarına 46667 nəfər vətəndaş müraciət edib.

Onlardan 29390 nəfəri münasib işlərlə təmin olunub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan dövrdə 4329 nəfər işsiz və işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 1480 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib.

Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları tərəfindən 4101 nəfər müvəqqəti xarakterli iş yerlərinə göndərilib.

Ötən il ərzində işsiz statusu verilənlərin sayı 2969 nəfər, işsizlik müavinəti təyin olunanların sayı isə 3200 nəfər təşkil edib.

AzNews.az
Bağla X