02:27
(077) 610-22-33

“Azərsu”dan qiymət artımı ilə bağlı xəbərə - REAKSİYA

  • >
728 18 Yanvar 2014 12:24 | Cəmiyyət


"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycanda içməli suyun istehlakı və çirkab sularının axıdılmasına görə tariflərlə yenidən baxılması üçün Tarif Şurasına müraciət etməyib.

Bunu AzNews.az-a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib.

O vurğulayıb ki, bəzi yerli KİV-lərdə "Azərsu"nun istehlak qiymətlərinə yenidən baxılması üçün Tarif Şurasına müraciət ünvanlaması və suyun istifadə dəyərinin bahalaşacağı kimi xəbərlər yer alır. Bu cür xəbərlər kökündən yanlışdır və belə bir qərarın olacağı gözlənilmir".

A.Cəbrayıllı deyib ki, hazırda istehlakçılar su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə, ödəmələri Tarif Şurasının tətbiq etdiyi son qiymətlərlə edirlər. Bununla bağlı vətəndaşların narahatçılığına da heç bir əsas yoxdur.

Amid
AzNews.az
Bağla X