19:52
(077) 610-22-33

Astara İcra Hakimiyyətində hesabat günü- FOTOLAR

  • >
698 31 Yanvar 2014 14:38 | Cəmiyyət

Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2013-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.


İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, toplantıda ərazi nümayəndəsi Şahverən Cavadov bildirib ki, Astara şəhəri 1765 hektar əraziyə malikdir. Bu ərazinin 153 ha dövlət, 564 ha bələdiyyə, 1048 ha xüsusi mülkiyyətə aiddir. Şəhər əhalisi 17.060 nəfər, təsərrüfatların sayı 5386-dır.

Prezident İlham Əliyevin 2013-cü il sentyabrın 4-də Astarada olduğunu xatırladan ərazi Ş. Cavadov şəhərdə görülən işlərə də toxunub.
Hesabat yığıncağında şəhər 1 saylı tam orta məktəbin direktoru Həliməxatun Qurbanova, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Lalə Səmədova, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, 16 dəfə Azərbaycan çempionu Fikrət Qafarov çıxış edərək, Astara rayonunda, o cümlədən rayon mərkəzində geniş quruculuq və tikinti işlərinin aparıldığını, vətəndaşların qaldırdıqları təkliflərə həssaslıqla yanaşıldığını, əvvəlki hesabat yığıncağında qaldırılan məsələlərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlər görüldüyünü diqqətə çatdırıb.

Toplantıda şəhər sakinləri Heydər Dadaşov, Süleyman Əhədov, Ülviyyə Əliyeva, Heybət Hüseynov və başqaları yola saldığımız ildə şəhər icra nümayəndəliyinin ərazisində aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını diqqətə çatdırmış, şəhər 2 saylı tam orta məktəbin, 3, 4 saylı körpələr evi – uşaq bağçalarının əsaslı təmirə ehtiyacı olması, veteranlar evinin tikilməsi, çoxmərtəbəli yaşayış binaları üçün istilik sisteminin yaradılması, dənizkənarı parkda yenidənqurma işlərinin aparılması, Əhəd Muxtar küçəsində yeni yaşayış massivində su xətlərinin çəkilməsi, ara yolların təmiri, şəhərdə idman meydançasının yaradılması və digər vacib məsələlər barədə təkliflər irəli sürüblər.

AzNews.az
Bağla X