05:50
(077) 610-22-33

Ehtiyatda olan zabitlər təlimlərə cəlb olunacaq – Dadaş Rzayev

  • >
2 408 5 Mart 2014 09:28 | Cəmiyyət


"Azərbaycan Ordusunun ehtiyatda olan zabit heyəti təlimlərə cəlb oluna bilər".

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev deyib.

Sovet dövründə də zabitlər ehtiyata buraxıldıqdan bir müddət sonra təlimlərə cəlb olunduqlarını xatırladan Konfederasiya sədri deyib ki, belə təlimlər adətən 1-3 ay ərzində həyata keçirilir: "Zabitlərin hərbi biliklərinin və fiziki inkişafının baxımından çox vacibdir".

D. Rzayev qeyd edib ki, ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu məsələ nədənsə unudulduı. Amma Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənovun təklifi ilə ehtiyyatda olan zabitlərin təlimə cəlb olunması məsələsi yenidən gündəmə gətirilib:

Qeyd edək ki, son günlər Respublika Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycanda ehtiyatda olan zabitləri hərbi "komissarlıq"lara çağırılır. Qurumun ictimaiyyətlə əlaqə sektorunun müdiri Nürəddin Heydərov bu çağırışların konkret nə ilə bağlı olduğunu deməyib. Lakin o, bildirib ki, hərbi vəzifə və hərbi xidmət haqqında ölkə qanunun 45.1 maddəsinə əsasən hərbi vəzifəlilərin ehtiyatda olduğu dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar: "Zabitlərin Xidmətin idarələrinə dəvət olunması da bu maddələrlə əlaqədardır".

Amid Əyyuboğlu
AzNews.az
Bağla X