10:23
(077) 610-22-33

Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi

  • >
520 5 Mart 2014 14:17 | Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini qəbul edib.

Dövlət başçısı İyad bin Amin Mədənini İslam Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. İyad bin Amin Mədəninin yeni vəzifəyə seçildikdən sonra ölkəmizə səfər etməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.

Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan dövlət başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni baş katib seçilərkən Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Görüşdə ölkəmiz ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təşkilata üzv olan ölkələrin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlığının əhəmiyyəti qeyd olundu, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı islam ölkələrinin vahid mövqedən çıxış etmələrinin önəmi vurğulanıb.

AzNews.az
Bağla X