14:31
(077) 610-22-33

Şahbaz Xuduoğlu 4 saat istintaqda dindirilib

  • >
679 6 Mart 2014 10:24 | Cəmiyyət

AzNews.az xəbər verir ki, bu yaxınlarda 150 min manat cərimələnən "Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu dünən istintaqa çağırılıb.

4 saat istintaqda dindirilən direktor hadisənin rəzalət, ziyalılara qarşı vergi terroru olduğunu deyib: "Bütün həyatını kitaba həsr et, sonda müstəntiq qarşısında 4 saat ifadə ver. Bu, rəzalətdir, ziyalılara qarşı vergi terorudur".

O, bildirib ki, bu gün isə nəşriyyata açılmış cinayət işi ilə əlaqədar daha 4 tərcüməçi - "Qobustan" jurnalının baş redaktoru, yazıçı-tərcüməçi Vaqif Əlixanlı, yazıçı Azər Abdulla, şair -tərcüməçi Aysel Əlizadə, tərcüməçi Hökumə Həbibova istintaqa çağırılıblar.

Qeyd edək ki, artıq bir neçə gündür nəşriyyatın işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar istintaqa çağırılaraq dindirilir.

AzNews.az
Bağla X